English [en]   العربية [ar]   Azərbaycanca [az]   български [bg]   বাংলা [bn]   català [ca]   čeština [cs]   dansk [da]   Deutsch [de]   ελληνικά [el]   español [es]   فارسی [fa]   français [fr]   hrvatski [hr]   magyar [hu]   Bahasa Indonesia [id]   italiano [it]   日本語 [ja]   한국어 [ko]   lietuvių [lt]   മലയാളം [ml]   Nederlands [nl]   polski [pl]   português do Brasil [pt-br]   română [ro]   русский [ru]   தமிழ் [ta]   Türkçe [tr]   українська [uk]   繁體中文 [zh-tw]  

This translation may not reflect the changes made since 2009-09-05 in the English original. Please see the Translations README for information on maintaining translations of this article.

Nə üçün proqram təminatının sahibləri olmamalıdır

Riçard Stollman

Rəqəmli informasiya texnologiyasının dünya ictimaiyyətinə verdiyi töhvə informasiyanın asanlıqla surətinin çıxardılması və modifikasiya edilməsidir. Kompyuterlər bu işi etməkdə bizə xeyli kömək edirlər.

Heç də hamı bunun asan olmasını istəmir. Müəlliflik hüququ adlanan sistem proqram təminatı “sahiblərinə” proqramdan gələn xeyri cəmiyyətin digər üzvlərindən gizlətmələri üçün şərait yaradır. Onlar bizim istifadə etdiyimiz proqram təminatını çoxaldan və modifikasiya edən yeganə şəxs olmağı arzulayırlar.

Müəlliflik hüququ sistemi kütləvi istehsal texnologiyası hesab edilən çap etmə ilə mütənasib olaraq inkişaf edirdi. Müəlliflik hüququ bu texnologiya ilə çox yaxşı uyğunlaşırdı. Çünki bu yalnız nüsxələrin kütləvi istehsalçılarını məhdudlaşdırırdı. Bu kitab oxuyanlardan onların azadlıqlarını almırdı. Mətbəəsi olmayan adi oxucu kitabın yalnız qələm və mürəkkəb ilə surətini çixarda bilərdi və olduqca az sayda oxucu buna hüququ şəkildə etiraz edirdi.

Rəqəmli texnologiya mətbəəyə nisbətən daha rahatdır: informasiya rəqəmli xüsusiyyətə malik olduqda siz asan bir şəkildə onun surətini çıxardıb, digərləri ilə paylaşa bilərsiniz. Bu rahatlıq müəlliflik hüququ adlanan sistemi qəti şəkildə qane etmir. Məhz bu səbəbdən müəlliflik hüququnun müdafiəsi üçün son dərəcə eybəcər və sərt tədbirlərə əl atılır. Proqram Təminatı İstehsalçıları Assosasiyasının (PTİA) (Software Publishers Association) dörd iddiasına nəzər salaq:

Hər dörd hal keçmiş Sovet İttifaqında movcud hallara bənzəyir. Bu ölkədə hər bir surət çıxardan aparatın gözətçisi var idi və fərdi şəxslər informasiyanın surətini gizli şəkildə çıxardaraq, samizdat kimi əldən ələ ötürürdülər. Əlbəttə burada bir fərq var idi: Sovet İttifaqında informasiyaya nəzarət siyasi xarakter daşıyırdı; ABŞ-da isə bu gəlir qazanmaq məqsədini güdürdü. Amma bu addımlar sonda bizə təsir edirdi. Nə üçün edilməsindən asılı olmayaraq informasiyanın yayılmasının əleyhinə yönəlmiş istənilən cəhd eyni məna kəsb edir.

Sahibkarlar informasiyanın istifadəsinə nəzarət etmək məqsədilə bir neçə dəlil təqdim edirlər:

Cəmiyyət nəyə ehtiyac hiss edir? Cəmiyyət vətəndaşlar üçün əlçatan olan informasiyaya ehtiyac duyur – misal üçün, buraya yalnız işlətmək üçün deyil, o cümlədən uyğunlaşdırılması və təkmilləşdirilməsi mümkün olan proqramlar da daxildir. Proqram təminatı sahiblərinin təqdim etdikləri isə sadəcə olaraq bizim öyrənə və ya dəyişdirə bilmədiyimiz qara qutudur.

Cəmiyyətə azadlıq da lazımdır. Proqramın sahibi olduqda istifadəçilər şəxsi həyatlarının bir hissəsini idarə etmək üçün lazım olan azadlıqlarını itirirlər.

Qeyd olunanlardan başqa cəmiyyət vətədaşlarında könüllü əməkdaşlıq ruhunu təbliğ etməlidir. Proqram təminatı sahibləri bizim qonşuya köməyimizi “piratlıq” kimi təqdim etdikdə, onlar cəmiyyətimizin mülki ruhunu çirkləndirirlər.

Buna görədir ki, biz azad proqram təminatının maddi deyil, mənəvi məsələ olduğunu qeyd edirik.

Sahibkarların irəli sürdükləri iqtisadi faktor yanlışdır. Bəziləri bundan həzz aldıqları və bu işin vurğunu olduqları üçün proqram yazırlar; amma bir halda ki, biz bu insanların yazdıqlarından daha çox proqram təminatı istəyiriksə, onda bunun üçün vəsait toplamaq lazımdır.

On ildir ki, azad proqram təminatını inkişaf etdirənlər vəsait toplamaq üçün müxtəlif vasitələr tapmağa çalışmışlar. Burada məqsəd kimisə varlı etmək deyil; orta səviyyəli ABŞ ailəsinin gəliri təxminən 35k dollardır. Bu isə proqramlaşdırmadan fərqli digər işlərlə məşğul olmağa daha çox stimul verir.

Ayrılan təqaüdlərə qədər mən yazdığım azad proqram təminatının sadə təkmilləşdirilməsi yolu ilə pul qazanırdım. Hər bir yenilik standard buraxılışa əlavə olunaraq ictimaiyyətə təqdim edilirdi. Müştərilər mənə maddi vəsait verdiklərinə görə daha çox onların istədikləri yeniliklər üzərində işləyirdim.

Bəziləri isə dəstək xidmətlərini təklif etməklə vəsait yığırlar. 50 işçiyə malik (məqalə yazılanda belə idi) Cygnus Support-un bildirdiyinə görə, heyətin fəaliyyətinin 15%-i təxminən azad proqram təminatının inkişafının payına düşür – bu proqram təminatı ilə məşğul olan şirkət üçün qənaətbəxş faizdir.

İntel, Motorola, Texas İnstruments və Analog Devices kimi şirkətlər C dili üçün azad GNU kompilyatorunun təkmilləşdirilməsinin maliyyələşdirmək üçün bir araya gəliblər. Ada dili üçün GNU kompilyatoru isə ABŞ Hava Qüvvələri tərəfindən maliyyələşdirilir. ABŞ Hava Qüvvələri bunun yüksək keyfiyyətli kompilyator əldə etməyin ən dəyərli üsul olduğunu bildirirlər.[Hava Qüvvələrinin maliyyələşdirmə fəaliyyəti dayandırılıb; GNU Ada kompilyatoru artıq işləyir və onun dəstəklənməsinin maliyyələşdirilməsi kommersiya xarakteri daşıyır.]

Bütün bu misallar heç də kifayət deyil; azad proqram təminatı hərəkatı hələ kiçik və cavandır. Amma bu ölkədə [ABŞ] dinləyicilər tərəfindən dəstəklənən radionun olması heç bir məbləğ ödəmədən geniş aksiyanın dəstəkləməsinin mümkün olduğunu göstərir.

Kompyuter istifadəçisi kimi siz mülkiyyət xarakterli proqramdan istifadə edərək özünüzü dərk edə bilərsiniz. Dostunuz sizdən proqramın surətinin çıxardılmasını istəyirsə, imtina etməyiniz heç də yaxşı olmazdı. Əməkdaşlıq müəlliflik hüququndan daha vacibdir. Gizli əməkdaşlığın isə cəmiyyətə xeyri yoxdur. İnsan gərək dogru, dürüst, qürurla yaşamağa can atsın. Bu isə mülkiyyət xarakterli proqram təminatına “Xeyr” deməkdir.

Siz digər proqram təminatı istifadəçilərilə azad və açıq şəkildə əməkdaşlıq etməyə layiqsiniz. Siz proqram təminatının necə işləməsini öyrənməyə və bunu tələbələrinizə öyrətməyə layiqsiniz. Siz proqram təminatı xarab olduqda istədiyiniz proqramçını kirayələyib, onu düzəltdirməyə layiqsiniz.

Bir sözlə, siz azad proqram təminatına layiqsiniz.


Bu məqalə Free Software, Free Society: The Selected Essays of Richard M. Stallman (Azad Proqram Təminatı, Azad Cəmiyyət: Riçard M.Stollmanın Seçilmiş Məqalələri) toplusunda çap edilmişdir.

BACK TO TOP


 [FSF logo] “Our mission is to preserve, protect and promote the freedom to use, study, copy, modify, and redistribute computer software, and to defend the rights of Free Software users.”

The Free Software Foundation is the principal organizational sponsor of the GNU Operating System. Support GNU and the FSF by buying manuals and gear, joining the FSF as an associate member, or making a donation, either directly to the FSF or via Flattr.